Təhsil 365 - Logo Mobile

Günorta yuxusu: orqanizm üçün faydalı, yoxsa zərərli?

10707.09.2025 - 08:26
Günorta yuxusu: orqanizm üçün faydalı, yoxsa zərərli?

Mütəxəssislərin fikrincə, günorta yuxusu düzgün tətbiq edildikdə insan sağlamlığı üçün faydalıdır. Qısa yuxu beyni dincəldir, yaddaşı gücləndirir, diqqəti artırır və günün ikinci yarısında enerjili qalmağa kömək edir. Araşdırmalar göstərir ki, 10-20 dəqiqəlik günorta yuxusu ən ideal seçimdir. Bu müddət yuxunun dərin fazasına keçməyə imkan vermir və insan oyandıqda özünü yüngül, dinamik və gümrah hiss edir.

“Tehsil365” xəbər verir ki, günorta yuxusu 1 saatdan çox davam etdikdə orqanizm dərin yuxu mərhələsinə keçir. Bu halda oyanmaq çətinləşir, başgicəllənmə və halsızlıq hissi yarana bilər. Uzun çəkən günorta yuxusu həmçinin gecə yuxusunun keyfiyyətini poza və bioritmlərdə balanssızlıq yarada bilər.

Qısa günorta yuxusunun bir sıra müsbət təsirləri də vardır. O, enerjini bərpa edir, yaddaş və öyrənmə qabiliyyətini artırır, stressi azaldır və ürək-damar sağlamlığına müsbət təsir göstərir. Bununla belə, uzun və gec vaxtda yatılan günorta yuxusu əks effekt verə bilər.

Həkimlərin ümumi məsləhəti ondan ibarətdir ki, günorta yuxusu çox gecikdirilməsin və 20 dəqiqədən artıq uzadılmasın. Bu halda o, həm gündəlik fəaliyyət üçün əlavə güc verəcək, həm də gecə yuxusuna mane olmayacaq.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...