Təhsil 365 - Logo Mobile

Siyəzəndə “ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusu müzakirə olunub

12507.09.2025 - 13:41
Siyəzəndə “ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusu müzakirə olunub

Sentyabrın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Siyəzən Rayon İcra Hakimiyyəti və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Ailə dəyərləri: cəmiyyətin təməli və gələcəyin təminatı” mövzusunda tədbir keçirilib.

“Tehsil365”xəbər verir ki, tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, İcra Hakimiyyətinin əməkdaşı Aydan Ramazanzadə, Rayon Polis Şöbəsinin əməkdaşı Orxan Şahmarov, rayon MKS-nin direktoru Gülnar Muradova, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər ailə institutunun cəmiyyətdəki əhəmiyyəti, sağlam ailə münasibətlərinin qurulmasının və qorunmasının vacibliyi, erkən və qohumlar arasında nikahların yaratdığı sosial və tibbi fəsadlar barədə fikirlərini bölüşüblər. Bildirilib ki, ailə dəyərlərinin aşınması, erkən nikah və yaxın qohumlar arasında bağlanan evliliklər təkcə fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin inkişafına mənfi təsir göstərir. Natiqlər erkən nikahların gənclərin təhsil imkanlarını məhdudlaşdırdığı, sosial və psixoloji travmalara səbəb olduğu, həmçinin qohum nikahlarının genetik xəstəliklərin yayılmasına şərait yaratdığı barədə konkret faktlar və statistik məlumatlar əsasında iştirakçılara ətraflı məlumat veriblər.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...