Son dövrlər süni intellektdən istifadənin kütləvi hal alması, gənclərin və uşaqların geniş formada ondan yararlanması göstərir ki, bu məsələyə ciddi yanaşmalı, düzgün istifadə yolları onlara öyrədilməlidir.
“Tehsil365” xəbər verir ki, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ceyhun Məmmədov öz rəsmi sosial media hesabında bu barədə paylaşım edib. Deputat qeyd edib ki, məktəb və universitetlərdə şagird və tələbələrə süni intellektdən istifadə ilə bağlı zəruri bilgilər verilməlidir.
Deputatın fikrincə, gənclərin süni intellektdən düzgün formada yararlanması üçün maarifləndirmə mühüm əhəmiyyət daşıyır: “Əks halda süni intellektdən yanlış istifadənin gələcəkdə problemlər yaratması istisna deyil”, – deyə Ceyhun Məmmədov vurğulayıb.
Son olaraq deputat qeyd edib ki, süni intellektin sürətlə inkişaf etdiyi dövrdə bu sahənin tədrisi nəzərdən keçirilməli və təhsil prosesinə uyğun şəkildə tətbiq olunmalıdır.