Təhsil 365 - Logo Mobile

Komitə sədri Ramin Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

17408.09.2025 - 13:17
Komitə sədri Ramin Məmmədov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Sentyabrın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, xüsusilə dini və mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.

“Tehsil365” xəbər verir ki, görüş zamanı Azərbaycan ilə İsrail arasında mövcud dostluq münasibətlərinin önəmi vurğulanıb. Tərəflər iki ölkə arasında qarşılıqlı hörmətə və etimada əsaslanan əlaqələrin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyini qeyd ediblər.

Söhbət zamanı dini və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, bu sahədə əməkdaşlığın genişləndirilməsi xalqlar arasında qarşılıqlı anlaşmanın və tolerantlıq mühitinin daha da möhkəmlənməsinə xidmət edəcək.

Görüşdə həmçinin Azərbaycan ilə İsrail arasında mövcud münasibətlərin gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər yaxın zamanlarda birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Son olaraq bildirilib ki, bu cür görüşlər əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməyə və əlaqələrin daha da dərinləşdirilməsinə şərait yaradır.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...