2023-cü ildə Azərbaycanda 15 yaşdan yuxarı əhali arasında savadlılıq göstəricisi 100 faiz olub. Bu rəqəm həm Ümumdünya Bankı, həm də UNESCO-nun məlumatlarında təsdiqlənib.
“Tehsil365” xəbər verir ki, MacroTrends və GlobalEconomy kimi beynəlxalq mənbələrdə də 2023-cü il üzrə Azərbaycan əhalisinin savadlılıq səviyyəsi 100 faiz olaraq qeyd olunub.
Qeyd edək ki, 15–24 yaş arası gənc əhali arasında da savadlılıq göstəricisi 100 faizdir. Burada gender fərqi mövcud deyil – həm qadın, həm də kişi gənclər arasında savadlılıq səviyyəsi tamdır.

