Təhsil 365 - Logo Mobile

Dövlət Komitəsində İran səfiri ilə görüş keçirilib

11309.09.2025 - 12:16
Dövlət Komitəsində İran səfiri ilə görüş keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 8-də İranın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

“Tehsil365” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi”nə istinadən xəbər verir ki,Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın rəhbərliyi ilə iki ölkə arasında əlaqələrin daha da dərinləşməsi bütün sahələrdə əməkdaşlığın inkişafına müsbət dinamika verir.

Görüş zamanı Azərbaycanda mövcud olan dini tolerantlıq və multikultural mühit, müxtəlif dini konfessiyaların azad və təhlükəsiz fəaliyyəti üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib. Ramin Məmmədov vurğulayıb ki, Azərbaycanda mövcud olan müxtəlif dini icmalar üçün dövlət tərəfindən bərabər şərait yaradılıb. Eyni zamanda, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı bütün konfessiyaları əhatə edir. Dövlətin din siyasəti ibadət evlərinin təmiri, bərpası və əsaslı şəkildə qurulması, yenilərinin tikilməsi, dini icmalara maliyyə yardımının göstərilməsi istiqamətində həyata keçirilən tədbirlərdə öz təzahürünü tapır.

Dostluq, qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmləndirilməsinin önəminə toxunan səfir Müctəba Dəmirçilu İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünün əhəmiyyətindən danışıb. Həmçinin dini və mədəni sahədə ikitərəfli əlaqələrin inkişafı üçün yeni perspektivlərin mövcud olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən dini təhsil sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...