Sentyabrın 8-də Milli Məclisin deputatı Ceyhun Məmmədov Gənclərin Səsi Könüllü Platformasının üzvləri ilə görüşüb. Görüş zamanı gələcək hədəflər və planlar müzakirə olunub, yeni ideya və təşəbbüslərin önəmi vurğulanıb.
“Tehsil365” xəbər verir ki, bu barədə Ceyhun Məmmədov öz rəsmi səhifəsində paylaşım edib.Deputat gənclərə yeni tədris ilində uğurlar arzulayıb və onların aktiv iştirakının cəmiyyətin inkişafında mühüm rol oynadığını qeyd edib. Görüş həmçinin gənclərin bilik və bacarıqlarını artırmaq, onların liderlik potensialını gücləndirmək üçün faydalı oldu.
Bu cür təşəbbüslər gənclərin motivasiyasını yüksəldir və onları gələcək uğurlara hazırlayır.