Təhsil 365 - Logo Mobile

"Fərqliliyin rəngi” festivalı keçiriləcək

11309.09.2025 - 13:45
"Fərqliliyin rəngi” festivalı keçiriləcək

Sentyabrın 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Fərqliliyin rəngi” festivalı keçiriləcək. Festival “Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutacaq və ölkəmizdə formalaşmış multikulturalizm, tolerantlıq, dinlərarası harmoniyanı, həmrəyliyi və birgəyaşayış dəyərlərini əks etdirəcək.

“Tehsil365” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi səhifəsində paylaşım edilib. Məlumatda bildirilir ki, festival çərçivəsində Azərbaycanın tarixin sınaqlarından keçmiş mötəbər dinlər və mədəniyyətlərarası dialoq modeli təqdim olunacaq. Həmçinin çoxmədəniyyətli mühitlərdə birgəyaşayışın unikal təcrübəsi iştirakçılara nümayiş etdiriləcək.

Təşkilatçılar qeyd edirlər ki, festival gənc nəsillərin multikultural dəyərləri mənimsəməsi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinin gücləndirilməsi baxımından əhəmiyyətli olacaq.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...