Tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olan abituriyentlər üçün elektron qeydiyyat prosesi davam edir. Bu prosesdə iştirak etməyənlər qəbul olunanların siyahısından çıxarılacaq.
“Tehsil365” xəbər verri ki,bu barədə Bakı İlahiyyat Kolleci rəsmi səhifəsində paylaşım edib.Bakı İlahiyyat Kolleci bildirib ki, qeydiyyat portal.edu.az saytında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə aparılır. Burada abituriyentlər şəxsi və qəbul məlumatlarını təsdiqləyərək tələb olunan sənədləri əlavə edə bilərlər. Sosial baxımdan həssas əhali qrupuna aid olanlar təhsil haqqından azad olunmaq və ya güzəşt üçün zəruri məlumatları təqdim edə bilərlər.
Elektron qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.