Təhsil 365 - Logo Mobile

ABŞ-da istilərin artması şəkərli içkilərə tələbi artırır

27709.09.2025 - 15:10
ABŞ-da istilərin artması şəkərli içkilərə tələbi artırır

ABŞ-da havaların istiləşməsi insanların daha çox şəkər istehlak etməsinə səbəb olur. Son 15 ildə amerikalılar əlavə olaraq təxminən 100 milyon funt (təqribən 45 milyon kiloqram) artıq şəkər qəbul ediblər. Bu artım əsasən şəkərli içkilər və dondurmalardan qaynaqlanır.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Mütəxəssislər bildirirlər ki, temperatur 12–30°C arasında yüksəldikcə şəkər istehlakı da artır, daha isti havalarda isə bu artım dayanır.

Ən çox təsirlənənlər aşağı gəlirli ailələr, az təhsillilər, açıq havada çalışanlar və ağdərili amerikalılardır. Asiyalı amerikalılar arasında isə ciddi dəyişiklik müşahidə edilməyib.

Alimlərin fikrincə, iqlim dəyişikliyi gələcəkdə ABŞ-da şəkər istehlakını daha da artıraraq piylənmə və diabet kimi xəstəliklərin yayılmasına təsir göstərə bilər.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...