Sentyabrın 9-da Böyük Britaniyanın Milli Statistika İdarəsi və Loughborough Universiteti məktəbə davamiyyətlə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıb.
“Tehsil365” xəbər verir ki, tədqiqat göstərib ki, davamlı olaraq dərslərə qatılmayan şagirdlərdə psixi sağlamlıq problemləri daha çox müşahidə olunur. Belə uşaqların xəstəxanaya müraciət halları digərlərinə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Araşdırmada qızların və xüsusi təhsil ehtiyacı olan uşaqların (SEND) daha çox risk altında olduğu vurğulanıb.
Mütəxəssislər bildirirlər ki, məktəbə davamiyyətin artırılması və psixoloji dəstəyin gücləndirilməsi uşaqların sağlam inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

