Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bu il ingilis dilində tədris olunan bölmələr üçün keçid ballarını açıqlayıb.
“Tehsil365” xəbər verir ki, universitetin müxtəlif fakültələri üzrə keçid balları aşağıdakı kimidir:
- Kimya mühəndisliyi - 638 
- Neft-qaz mühəndisliyi - 614 
- Sənaye mühəndisliyi - 524 
- Elektrik mühəndisliyi - 496 
Bundan əlavə, digər sahələr üzrə keçid balları aşağıdakı kimi müəyyən edilib:
- İnformasiya texnologiyaları - 605 
- Data analitika - 583 
- Komputer elmləri - 582 
- İnformasiya texnologiyaları (digər) - 580 
- Komputer mühəndisliyi - 554 
Bu ilki qəbul nəticələrinə əsasən, bakalavriat səviyyəsinə qəbul əvvəlki illə müqayisədə 10% azalıb. Magistratura səviyyəsinə qəbul isə 17% artım göstərib.
İngilis dilində tədris olunan proqramlara olan tələbat 9% artaraq ümumi qəbulun 21%-ni təşkil edib.
Bundan başqa, xarici tələbələrin sayı keçən illə müqayisədə 3 dəfə artaraq 203 nəfərə çatıb.

