Təhsil 365 - Logo Mobile

Honq Konqda bambuk iskala ənənəsi təhlükəsizlik səbəbi ilə mərhələli şəkildə ləğv olunur

24010.09.2025 - 07:51
Honq Konqda bambuk iskala ənənəsi təhlükəsizlik səbəbi ilə mərhələli şəkildə ləğv olunur

Honq Konqda yüzillik ənənəyə malik bambuk iskala istifadəsi təhlükəsizlik səbəblərinə görə mərhələli şəkildə azaldılır. İnkişaf Bürosunun qərarına əsasən, artıq dövlət layihələrinin ən azı 50%-də polad iskalalar tətbiq olunacaq. Son illərdə baş verən qəzalarda 23 nəfərin həyatını itirməsi bu qərarın əsas səbəblərindən biridir.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Bambuk iskalası Honq Konqun şəhər mənzərəsinin ayrılmaz hissəsi olub, sürətli qurulma, ucuzluq və ekoloji üstünlükləri ilə seçilirdi. Bununla belə, onun yanğına qarşı dayanıqsızlığı və materialın dəyişkənliyi standart təhlükəsizlik qaydalarına uyğun gəlmir. Eyni zamanda peşəkar usta çatışmazlığı da ənənəni zəiflədən amillərdəndir.

Buna baxmayaraq, bambuk iskala Honq Konqun mədəni irsinin simvolu hesab olunur və beynəlxalq sərgilərdə ənənəvi sənət kimi təqdim edilir.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...