09.09.2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz rayon Mərkəzi Kitabxanasının Uşaq Şöbəsi kitab və kitabxanadan istifadə qaydalarının öyrədilməsi, kitab haqqında əldə edilmiş biliklərin təkminləşdirilməsi məqsədilə “Uşaq dünyasında kitabxananın rolu” adlı məlumat saatı keçirib.
“Tehsil365” xəbər verir ki, ilk öncə Uşaq Şöbəsinin kitabxanaçısı Xaçmaz şəhər Günərzi Qayğı Mərkəzinin uşaqlarına kitabın, mütaliənin insan həyatında rolu haqqında ətraflı məlumat verib, nağıl otağında “Acgöz pişiyin nağılı”nı danışıb və uşaqları kitabxana ilə tanış edib.
Sonda uşaqlar kitabxanaya üzv yazılıb, xatirə şəkilləri çəkilib.