Sentyabrın 10-da Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı nümayəndəliyi tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin irsini gənclərə daha yaxından tanıtmaq məqsədilə gənclərin Masallı rayon Heydər Əliyev Mərkəzinə maarifləndirici ekskursiyası təşkil olunub.
“Tehsil365” xəbər verir ki, ekskursiya çərçivəsində gənclər Heydər Əliyev Mərkəzini ziyarət edərək Ümummilli lider Heydər Əliyevin həyat yolu, siyasi fəaliyyəti və dövlətçilik prinsipləri ilə bağlı ətraflı məlumat əldə ediblər.