Təhsil 365 - Logo Mobile

Kamal Abdulla Naxçıvan Dövlət Milli Dram Teatrında gənc aktyorlarla görüşüb

8310.09.2025 - 10:12
Kamal Abdulla Naxçıvan Dövlət Milli Dram Teatrında gənc aktyorlarla görüşüb

Azərbaycanın tanınmış alimi, yazıçısı, ictimai xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Xalq yazıçısı və Əməkdar elm xadimi, Birinci dərəcəli dövlət müşaviri, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi ilə görüş keçirib.

“Tehsil365” xəbər verir ki, görüş zamanı teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov dəyərli yazıçının qələmə aldığı “Kim deyir ki, Simurq quşu var imiş?” əsəri əsasında yeni tamaşanın hazırlanacağını elan edib. “Simurq quşu” tamaşasının yaxın günlərdə ilk məşqlərinə başlanacağı bildirilib.

İki saata yaxın davam edən görüşdə Kamal Abdulla teatrın aparıcı səhnə ustalarının və gənc aktyorların suallarını cavablandırıb, sənət və ədəbiyyatla bağlı fikir mübadiləsi aparıb. Sonda kollektivlə xatirə şəkli çəkdirən yazıçı, Naxçıvan Dövlət Milli Dram Teatrının yaradıcı heyətinin peşəkarlığını və səmimiyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, bu ilin 4 dekabr tarixində Xalq yazıçısı Kamal Abdullanın 75 illik yubileyi qeyd olunacaq.

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...