Təhsil 365 - Logo Mobile

İspaniya milli marşının özəlliyi: sözsüz himnlərdən biri

10510.09.2025 - 07:35
İspaniya milli marşının özəlliyi: sözsüz himnlərdən biri

İspaniya milli marşı – “La Marcha Real” (Kral marşı) dünyanın ən qədim və tanınmış himnlərindən biri sayılır. Onu digərlərindən fərqləndirən əsas xüsusiyyət isə heç bir sözünün olmamasıdır. Maraqlıdır ki, bu marş dünyada məhz sözləri olmayan cəmi dörd dövlət himnindən biridir.

“Tehsil365” xəbər verir ki, “La Marcha Real” ilk dəfə XVIII əsrdə rəsmi himn kimi qəbul edilib və illər ərzində bir neçə dəfə mətn yazmaq cəhdləri olsa da, qəbul olunmayıb. Bunun əsas səbəbi isə İspaniyanın çoxmillətli və çoxdilli ölkə olması, hər bir bölgənin öz dilinə və mədəniyyətinə bağlı qalmasıdır. Ona görə də vahid mətn üzərində razılıq əldə olunmayıb.

Hazırda İspaniya ilə yanaşı daha üç ölkənin də milli marşı sözsüzdür. Bu fakt onu göstərir ki, musiqi bəzən təkcə sözlərdən daha güclü bir milli birlik simvolu ola bilər.

Fatimə Quliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...