Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 10-da Qırğızıstan Respublikasına səfərə yola düşür.
“Tehsil365” xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi paylaşım edib.
Bildirilib ki, QMİ sədri A.Paşazadə 11 sentyabrda Bişkek şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının növbəti toplantısında iştirak və çıxış edəcəkdir.