Təhsil 365 - Logo Mobile

Yerkökünün gizli rəngi araşdırıldı

15211.09.2025 - 04:00
Yerkökünün gizli rəngi araşdırıldı

Uzun illərdir süfrələrimizdə narıncı rəngi ilə seçilən yerkökü əslində əvvəllər tamamilə başqa rəngdə olub. Tarixi mənbələr göstərir ki, ilk yetişdirilən yerkökülər bənövşəyi və ağ rəngdə idi. Sonrakı dövrlərdə isə onların sarı və qırmızı növləri də ortaya çıxıb.

“Tehsil365” xəbər verir ki, 17-ci əsrdə Hollandiyada aparılan seleksiya işləri nəticəsində narıncı yerkökü yaradılıb. Bu rəng təsadüfi seçilməyib, çünki həmin dövrdə Hollandiya krallıq sülaləsi olan Oran sülaləsinin simvolik rəngi narıncı idi.

Bu gün isə narıncı yerkökü dünyanın demək olar hər yerində ən çox tanınan növdür. Bununla belə, bənövşəyi və ağ yerkökülər də bir çox ölkələrdə hələ də yetişdirilir və öz xüsusi dadı ilə seçilir.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...