Bugünkü süfrələrdə tez-tez rast gəldiyimiz kivi əvvəllər tamam başqa adla tanınıb. Onun ilk vətəni Çin olub və uzun müddət “Çin qozu” kimi adlandırılıb. Meyvənin xarici görünüşü kobud, içi isə parlaq yaşıl rəngdədir.
“Tehsil365” xəbər verir ki, 20-ci əsrin əvvəllərində bu meyvə Yeni Zelandiyaya gətirilib və burada geniş şəkildə becərilməyə başlanıb. Daha sonra isə ölkənin milli quşu olan kivinin adı ilə adlandırılaraq bütün dünyaya “kivi” kimi tanıdılıb.
Bu gün kivi həm dadı, həm də sağlamlıq üçün faydaları ilə tanınır. C vitamini baxımından çox zəngin olan bu meyvə immuniteti gücləndirməklə yanaşı, təravətli dadı ilə də geniş istifadə olunur.