Dünyada insanların qida rasionunda meyvə və tərəvəzlərin xüsusi yeri var. Lakin onların arasında bəzi növlər digərlərindən daha çox üstünlük qazanır və gündəlik istifadədə daha çox rast gəlinir.
“Tehsil365” xəbər verir ki, statistik məlumatlara görə dünyada ən çox yeyilən meyvə banandır. Tərəvəzlər arasında isə kartof ilk sırada gəlir. Onların hər ikisi müxtəlif ölkələrin mətbəxlərində geniş istifadə olunur və həm dadı, həm də doyumluluğu ilə seçilir.
Maraqlıdır ki, banan daha çox tropik iqlimdə yetişdirilsə də, kartof soyuq və mülayim iqlimdə də bol məhsul verir. Bu xüsusiyyət onları dünya üzrə ən çox istehlak edilən qida məhsullarına çevirib.