Dünyanın ən uzun ömürlü heyvanlarından biri qrenland köpəkbalığıdır. Bu nəhəng dəniz canlısı yüz illərlə yaşaya bilir və digər köpəkbalığı növləri ilə müqayisədə çox daha yavaş böyüyür.
“Tehsil365” xəbər verir ki, alimlərin araşdırmalarına görə, qrenland köpəkbalığının ömrü təxminən 400 il civarındadır. Bu isə onu planetdəki ən uzun ömürlü omurgalı heyvanlardan birinə çevirir.
Qrenland köpəkbalığının həyat tərzi və genetik xüsusiyyətləri hələ də tədqiqatçıların diqqət mərkəzindədir. Onun uzunömürlülüyü və yavaş böyüməsi biologiya sahəsində bir çox sirlərin açılmasına kömək edir.