Dünyadakı ən böyük canlı orqanizm mantardır və Oregon ştatında yerləşən “Armillaria ostoyae” mantarı təxminən 965 hektara qədər ərazini əhatə edir. Bu nəhəng canlı yeraltında şəbəkə şəklində yayılır və illərlə böyüyür.
"Tehsil365" xəbər verir ki, bu mantar yalnız böyüklüyü ilə deyil, həm də yaşı ilə diqqət çəkir. Elm adamlarının təxminlərinə görə, bu nəhəng mantar təxminən 2 500 yaşındadır və ekosistem üçün mühüm rol oynayır.
Armillaria ostoyae ağacların köklərini çürüdərək torpağın dövranına təsir göstərir. Eyni zamanda, o, ətrafdakı bitki və heyvanların həyatına təsir edərək meşə ekosisteminin davamlılığını təmin edir.