Mədəniyyət Nazirliyi və “Yurd FM” radiosunun birgə təşkilatçılığı ilə gerçəkləşən “Mədəni yurdumuz” layihəsinin növbəti qonağı Azərbaycan Respublikasının Xalq artisti, Milli Konservatoriyanın dosenti Elçin Həşimovdur.
“Tehsil365” xəbər verir ki, Elçin Həşimov layihədə sənət fəaliyyətindən, musiqi təhsili və yaradıcılıq uğurlarından danışıb, həmçinin gənc musiqiçilərə tövsiyələrini bölüşüb.
Bu görüşün məqsədi Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların təcrübəsini gənclərlə paylaşmaqdır.