Təhsil 365 - Logo Mobile

Nəsimi festivalında unikal incəsənət nümunələri təqdim olunur

8511.09.2025 - 09:36
Nəsimi festivalında unikal incəsənət nümunələri təqdim olunur

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Nəsimi festivalının maraqlı təqdimatlardan biri də “Zamansız və məkansız” sərgisi olacaq.

“Tehsil365” xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyində açılacaq ekspozisiyada Nəsimi poeziyası və onun fəlsəfəsi, həmçinin sufi ənənələri və baxışları müxtəlif incəsənət növlərinin ahəngi vasitəsilə təqdim olunacaq.

İzləyicilər Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında, Azərbaycan Milli Xalça Muzeyinin fondlarında saxlanılan unikal incəsənət nümunələri, eləcə də Ankaradakı Etnografiya Muzeyi, İstanbul Türbələr Muzeyi, Konyadakı Mövlanə Muzeyindən gətirilən eksponatlarla tanış ola biləcəklər.

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...