Rejissor və ssenarist Hacı Səfərovun “Tərsinə kölgələr” debüt filmi 21-ci Kazan Beynəlxalq Film Festivalının “Qısametrajlı filmlər” müsabiqə proqramında nümayiş olunub.
“Tehsil365” xəbər verir ki, “Çinarfilm” tərəfindən istehsal olunan film Rahim Dünyamalının “Tərsinə addımlayan kölgələr” romanından ilhamlanaraq lentə alınıb. Baş rolları aktyorlar Rasim Cəfər və Zülfiyyə Nəzər Məmmədova canlandırır.
“Tərsinə kölgələr” Azərbaycan Kinematoqrafçılar İttifaqı, “Ultra production” və “Duyme Agency”nin dəstəyi ilə ərsəyə gəlib. Filmin prodüserləri Emil Nəcəfov, Türkan Hüseyn, Hacı Səfərov, operatoru isə Elvin Məmməddir.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsi”nin qalibləri sırasında yer alır.
Azərbaycan Respublikasının Kino Agentliyi filmin yaradıcı heyyətini təbrik edir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır.