Təhsil 365 - Logo Mobile

Fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdirib

9211.09.2025 - 10:24
Fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdirib

“Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçirilibBakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti, Sosial Xidmətlər Agentliyi və “Koxlear İmplantlı Şəxslərə” Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Bilik Gününə həsr olunmuş tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, Xətai rayon Heydər Əliyev parkında keçirilən tədbirdə Milli Məclisin deputatları, rəsmilər, şəhid ailələri, mədəniyyət işçiləri, media və ictimaiyyət nümayəndələri, inkluziv xüsusiyyətlərə malik uşaqlar iştirak ediblər.

Tədbir Koxlear implantlı uşaqların ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib. Daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər tədbirin əhəmiyyətindən danışaraq bildiriblər ki, uşaqlar bizim gələcəyimizdir, ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Bu gün ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək və diqqətin artırılması sahəsində bir çox işlər aparılır.

Çıxışlardan sonra bədii hissədə fiziki məhdudiyyətli uşaqlar öz istedadlarını nümayiş etdiriblər.Tədbir inklüziv xorun ifasında “Fərqli Fərdlər” himni ilə sona çatıb.

Tədbir çərçivəsində, həmçinin fiziki məhdudiyyətli uşaqların çəkdikləri rəsm əsərləri də nümayiş etdirilib.

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...