Sentyabrın 10-da Masallı rayon Mərkəzi Kitabxanasının əməkdaşları metodiki tövsiyələr vermək məqsədilə Köçəkli kənd kitabxana filialında olublar.
“Tehsil365” xəbər verir ki, məqsəd oxuculara xidmət işinin keyfiyyətinin yüksəldilməsinə nəzarət və kitabxanaçılara metodik yardım göstərməkdən ibarətdir.
Görüş zamanı oxuculara xidmətin keyfiyyətinin artırılması, fondun indeks üzrə düzülməsi, əyani təşviqat işlərinin təşkili və mütaliənin təşviqi ilə bağlı məsləhətlər verilib. Kitabxana əməkdaşlarının sualları cavablandırılıb, oxucuların cəlbi, asudə vaxtın təşkili və vətənpərvərlik tərbiyəsi istiqamətində görüləcək işlərlə bağlı göstərişlər verilib. Eyni zamanda, kitabxanada aparılan işlər yoxlanılıb və müvafiq metodiki dəstək göstərilib.