Təhsil 365 - Logo Mobile

Lənkəranda Üzeyir Hacıbəyov - 140 layihəsi çərçivəsində film nümayişi keçirilib

8511.09.2025 - 10:48
Lənkəranda Üzeyir Hacıbəyov - 140 layihəsi çərçivəsində film nümayişi keçirilib

Sentyabrın 10-da Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Üzeyir Hacıbəyov - 140” layihəsi çərçivəsində Azərbaycan kinematoqrafiyasının incilərindən biri, bu il 80 illik yubileyi olan “Arşın mal alan” filminin nümayişi təşkil olunub.

“Tehsil365” xəbər verir ki, tədbirdə Lənkəran rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin əməkdaşları iştirak ediblər.

Film nümayişindən əvvəl iştirakçılara ekran əsərinin tarixi, rejissoru və baş rollarda çıxış edən sənətçilər haqqında qısa məlumat verilib.

Qeyd olunub ki, Şərqdə ilk dəfə olaraq dahi Üzeyir bəyin qələmi ilə ərsəyə gəlmiş bu əsər,sevgiyə sadiqlik, milli kolorit,adət-ənənələr və insani dəyərlər mövzusunda dərin mesajlar təqdim edir.

Filmdə səslənən milli opera musiqisi nümunələri tədbir iştirakçılarında xüsusi emosional təsir yaradıb.

Tamaşaçılar sənət və milli adət-ənənələrimizin birləşdiyi bu ekran əsərini maraqla izləyiblər.

Zəhra Əliyeva

Новостная лента

На данный момент новостей в ленте нет...