Sentyabrın 10-da Cəngəmiran Mədəniyyət evində 2025-ci ildə Cəngəmiran kənd tam orta məktəbini bitirən və tələbə adını qazanan tələbələrin bir qrupu ilə görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə mədəniyyət evinin əməkdaşları, Cəngəmiran kənd İcra nümayəndəsi Əfqan Həsrətov, məktəb direktoru Muqəddəs Feyruzov , müəllimlər və valedynlər iştirak ediblər.
Mədəniyyət evinin metodisti Ülkər Qafarova tədbir iştirakçılarını salamlayaraq, gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb. Daha sonra icra nümayəndəsi, məktəb direktoru və müəllimlər tələbələri təbrik edərək , onlara öz tövsiyələrini çatdırıblar. Sonra tələbələr çıxış edərək, qazandıqları uğura görə müəllim və valideyinlərinə minnətdar olduqlarını bildirdilər.
Sonda tələbələr onlara göstərilən diqqətə görə mədəniyyət evinin kollektivinə təşəkkür ediblər.