Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində Nazirliyin Gənclər Təşkilatının üzvlərinin iştirakı ilə tədbir keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə Şərur Rayon Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrinin gənc əməkdaşları tərəfindən müxtəlif musiqi nömrələri ifa olunub, rəsm əsərləri çəkilib.
Tədbirin nəticəsi olaraq gənclər həm musiqi, həm də rəsm vasitəsilə “Konstitusiya və Suverenlik İli”nin əsas mesajlarını əks etdirərək yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Görüş gənclərin mədəniyyət sahəsinə marağını artırmaq və onların yaradıcılıq potensialını inkişaf etdirmək məqsədinə xidmət edib.