Təhsil 365 - Logo Mobile

NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

9611.09.2025 - 08:12
NDU-da fəlsəfə doktoru proqramı üzrə qəbul imtahanı keçirilib

10 sentyabr 2025-ci il tarixində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanı təşkil olunub.

Naxçıvan Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, namizədlər müraciət etdikləri ixtisas fənni üzrə biliklərini nümayiş etdiriblər.

Universitetin məlumatına görə, 2025–2026-cı tədris ili üzrə fəlsəfə doktoru proqramına ümumilikdə 43 nəfər müraciət edib. Onlardan 21 nəfər xarici dil imtahanından müvafiq bal toplayaraq fəlsəfə fənnindən imtahana buraxılıb. Bu mərhələdə məqbul nəticə göstərən 15 namizəd ixtisas fənnindən imtahanda iştirak hüququ qazanıb.

Ümumilikdə ixtisas fənnindən keçirilən imtahanda 15 namizəd iştirak edib. Məqbul nəticə əldə edənlər yeni tədris ilində Naxçıvan Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura təhsilinə başlayacaqlar.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...