Təhsil 365 - Logo Mobile

Neftçala Xol Qaraqaşlı kənd məktəbində yeni tədris ilinin ilk pedaqoji şura iclası keçirilib

6611.09.2025 - 09:30
Neftçala Xol Qaraqaşlı kənd məktəbində yeni tədris ilinin ilk pedaqoji şura iclası keçirilib

Neftçala rayon Xol Qaraqaşlı kənd ümumi orta təhsil məktəbində 2025–2026-cı tədris ilinin ilk pedaqoji şura iclası təşkil olunub.

Neftçala rayon Xol Qaraqaşlı kənd ümumi orta təhsil məktəbindən “Tehsil365”ə məlumat verilib ki, iclasda 2024–2025-ci tədris ilinin IV–VI siniflər üzrə monitorinq nəticələri və IX sinif buraxılış imtahanının nəticələri müzakirə edilib.

Gələcək hədəflər və təkliflər dinlənilib, məktəbin fəaliyyət planı təsdiqlənib, dərs bölgüsü, sinif rəhbərlərinin təyin olunması və dərs cədvəlinin hazırlanması kimi məsələlər müəyyən edilib.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...