Milli Məclisin deputatı Ceyhun Məmmədov avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli görüş barədə fikirlərini açıqlayıb.
“Tehsil365” xəbər verir ki, bu barədə deputat öz rəsmi səhifəsində paylaşım edib.Deputat bildirib ki, bu görüş Azərbaycanın son dövrlərdə əldə etdiyi ən böyük nailiyyətlərdən biridir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin liderliyi, uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində ölkəmiz bu razılaşmaya nail ola bilib.
Ceyhun Məmmədov qeyd edib ki, parlamentin son iclasında bu məsələnin müzakirəyə çıxarılması xüsusi əhəmiyyət kəsb edir və Azərbaycanın diplomatik uğurlarının təsdiqi kimi dəyərləndirilməlidir.