Təhsil 365 - Logo Mobile

Azərbaycanın gizli xəzinəsi: Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi

8811.09.2025 - 14:10
Azərbaycanın gizli xəzinəsi: Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi

Şamaxıdakı Yeddi günbəz türbələr kompleksi Azərbaycan memarlığının XIX əsrə aid nadir nümunələrindəndir.

“Tehsil365” “İslam.az”a istinadən xəbər verir ki, Yeddi günbəz sadəcə daşdan inşa edilmiş məzarlar toplusu deyil, eyni zamanda, Şirvan xanı Mustafa xanın ailəsinə və nəslinə aid tarix kitabəsidir. Kompleksə daxil olan yeddi türbə 1816-1865-ci illərdə tikilib. Türbələr Azərbaycan memarlıq ənənələrinə uyğun olaraq səkkizbucaqlı formada, yonulmuş daşlardan inşa edilib. Buradakı türbələrdə Mustafa xanın anası Bibixanım bəyimin, xanın həyat yoldaşları Asiya bəyim və Xan Bikənin, oğlu Azad xanın adları qeyd olunub. Türbələrdən birinin üzərində isə usta Tağının adı əbədiləşdirilib. Bu, həmin dövrdə memarlıq sənətinə və sənətkarlara göstərilən yüksək hörmətin bariz nümunəsidir. Yeddi günbəz türbələr kompleksi həm memarlıq, həm də tarixi baxımdan böyük maraq doğurur. Bura təkcə tarixçilər üçün deyil, həm də Şamaxının qədim irsini yaxından tanımaq istəyən turistlər üçün maraqlı ziyarət yeridir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...