Təhsil 365 - Logo Mobile

Deputat Ceyhun Məmmədovdan Qurani-Kərimin yandırılması ilə bağlı açıqlama

13111.09.2025 - 14:30
Deputat Ceyhun Məmmədovdan Qurani-Kərimin yandırılması ilə bağlı açıqlama

Milli Məclisin deputatı Ceyhun Məmmədov son günlər baş verən hadisələrə, xüsusilə də Qurani-Kərimin yandırılması ilə bağlı məsələyə münasibət bildirib.

“Tehsil365” xəbər verir ki, bu barədə deputat öz rəsmi səhifəsində paylaşım edib. O, qeyd edib ki, Qurani-Kərimin yandırılması milyonlarla müsəlman üçün müqəddəs olan dəyərlərə qarşı hörmətsizlikdir və bu cür təxribat xarakterli addımlar cəmiyyətlər arasında nifaq yaratmaq məqsədi güdür.

Deputat insanlara səslənərək vurğulayıb ki, belə məqamlarda hər kəs daha diqqətli və məsuliyyətli olmalıdır:“Bizim mövqeyimiz Qurani-Kərimin müqəddəsliyini qorumaq, eyni zamanda insanlıq dəyərlərinə sadiq qalmaqdır. Heç bir təhqir, nifrət və ya bir insanın həyatını itirməsinə sevinmək bizə yaraşmaz. Çünki biz böyük bir mədəniyyətin, mərhəmət və ədalət dəyərlərini yaşadan xalqın övladlarıyıq”.

Ceyhun Məmmədov bildirib ki, belə hallarda nifrətə nifrətlə cavab vermək əvəzinə, birlik, səbir və ədalətli mövqeyimizi nümayiş etdirməliyik. Onun sözlərinə görə, bu, həm xalqımızın kimliyini qorumaq, həm də gələcək nəsillərə doğru örnək göstərmək baxımından vacibdir.

Elnarə İslamova

Новостная лента

На данный момент новостей в ленте нет...