Sumqayıt Dövlət Universitetinin (SDU) 2025/2026-cı tədris ili üzrə tələbə qəbulu rekord göstəricilərlə yadda qalıb.
“Tehsil365” xəbər verir ki, bakalavriat səviyyəsində plan yerlərinin 94,1 faizi dolub. Bu göstərici ötən il 81,3 faiz təşkil edib. Cari ildə 1875 plan yerinə 1765 nəfər qəbul olunub. Müqayisə üçün qeyd edək ki, ötən il 1690 plan yerinə 1374 nəfər qəbul edilmişdi. Nəticədə qəbul olunanların sayı 391 nəfər və ya 29 faiz artıb.
Magistratura səviyyəsində də qəbul nəticələri yüksəlib. Belə ki, bu il 305 nəfər magistraturaya qəbul olunub ki, bu da ötən illə müqayisədə (251 nəfər) 21,5 faiz çoxdur.
Qeyd edək ki, bu göstəricilər universitetin təhsil keyfiyyətinə olan etimadın artmasının bariz nümunəsi kimi dəyərləndirilir.

