Son illərdə ölkəmizdə təhsil infrastrukturunun yenilənməsi istiqamətində mühüm addımlar atılıb. Təhsil naziri Emin Əmrullayev bildirib ki, qəzalı vəziyyətdə olan məktəblərin sayı iki dəfədən çox azalaraq 400-ə enib.
“Tehsil365” xəbər verir ki, nazirin sözlərinə görə, dövlətin bu sahəyə göstərdiyi diqqət və ayrılan vəsait hesabına yeni məktəb binaları tikilir, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunur. Bu prosesin davam etdirilməsi şagirdlərin keyfiyyətli təhsil şəraitində təhsil almalarına mühüm töhfə verəcək.

