Təhsil 365 - Logo Mobile

Dünyada 234 milyon uşaq böhran şəraitində təhsil ala bilmir

8811.09.2025 - 17:42
Dünyada 234 milyon uşaq böhran şəraitində təhsil ala bilmir

Beynəlxalq təşkilatların son məlumatına əsasən, hazırda dünyada 234 milyon məktəb yaşlı uşaq və yeniyetmə müxtəlif böhran vəziyyətlərində yaşamaqdadır. Onlar münaqişələr, iqlim fəlakətləri və humanitar böhranlar səbəbindən keyfiyyətli təhsil imkanlarından məhrum olurlar.

“Tehsil365” xəbər verir ki, “Education Cannot Wait” təşkilatının yayımladığı “Qlobal Hesabat 2025” yenilənmiş statistik göstəricilərə görə, bu rəqəm son illərdə artmaqdadır və təcili müdaxiləyə ehtiyac duyulur.

Ekspertlərin sözlərinə görə, təhsildən kənarda qalan bu uşaqlar gələcəkdə əmək bazarında iştirak etməkdə çətinlik çəkə, sosial və iqtisadi inkişaf proseslərindən geri qala bilərlər. Beynəlxalq qurumlar böhrandan təsirlənən bölgələrdə təhsil proqramlarının gücləndirilməsini və maliyyələşmənin artırılmasını vacib hesab edirlər.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...