Qlobal Təhsil Tərəfdaşlığı (GPE) təşkilatının son məlumatlarına görə, təşkilata üzv ölkələrdə ibtidai və orta məktəb yaşında olan uşaqların əhəmiyyətli hissəsi məktəbə getmir.
“Tehsil365” xəbər verir ki, statistikaya əsasən, məktəbdən kənarda qalan uşaqların sayı və onların ümumi təhsil yaşlı əhali içərisində payı hələ də yüksək olaraq qalır. Bu vəziyyət xüsusilə aşağı gəlirli ölkələrdə daha kəskin hiss olunur.
Mütəxəssislər bildirirlər ki, təhsil imkanlarından kənarda qalan uşaqların sayının azaldılması üçün beynəlxalq əməkdaşlıq gücləndirilməli, hökumətlər isə milli təhsil strategiyalarına daha çox diqqət yetirməlidirlər.

