Təhsil 365 - Logo Mobile

Ölkələr arasında təhsilə qoyulan investisiyalarda ciddi fərqlər var

7711.09.2025 - 17:53
Ölkələr arasında təhsilə qoyulan investisiyalarda ciddi fərqlər var

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) “Təhsilə Baxış 2025” adlı yeni hesabatı açıqlanıb. Sənəddə ölkələr arasında təhsil sistemlərinin maliyyələşməsi, şagirdlərin iştirakı, öyrənmə nəticələri və təhsil müəssisələrinin strukturu üzrə ciddi fərqlərin olduğu vurğulanır.

“Tehsil365” xəbər verir ki, bəzi ölkələrdə təhsilə dövlət xərcləri ümumi daxili məhsulun (ÜDM) əhəmiyyətli hissəsini təşkil edir. Digər ölkələrdə isə bu göstəricilər daha aşağıdır ki, bu da təhsilin keyfiyyətinə və əlçatanlığına birbaşa təsir göstərir.

OECD ekspertləri bildirirlər ki, təhsilin inkişafı üçün dayanıqlı investisiyaların artırılması və ölkələr arasında təcrübə mübadiləsinin genişləndirilməsi vacibdir.

İlhamə Nurəhmədova

Новостная лента

На данный момент новостей в ленте нет...