Təhsil 365 - Logo Mobile

Maraqlı fakt : ahtopotların 3 ürəyi olur

12612.09.2025 - 04:15
Maraqlı fakt : ahtopotların 3 ürəyi olur

Ahtapotlar dənizlərin ən sirli və ağıllı canlılarından biri hesab olunur. Onların bədən quruluşu həm alimlər, həm də müşahidəçilər üçün daim maraq doğurur. Xüsusən də qan dövranı sistemi digər heyvanlardan xeyli fərqlənir.

“Tehsil365” xəbər verir ki, ahtapotların 3 ürəyi olur. Bunlardan ikisi solungaçların yanında yerləşir və qanı oksigenlə zənginləşdirmək üçün məhz həmin orqanlara pompalanmasına cavabdehdir. Üçüncü, əsas ürək isə oksigenlə zənginləşmiş qanı bədənin digər hissələrinə ötürür. Maraqlısı odur ki, ahtapot üzərkən əsas ürəklərindən biri fəaliyyətini dayandırır.

Mütəxəssislərin fikrincə, bu unikal xüsusiyyət ahtapotların enerjiyə qənaət etməsinə kömək edir. Onlar çox vaxt üzməkdənsə sürünməyi üstün tuturlar ki, ürəkləri fasiləsiz işləsin. Bu xüsusiyyət həm də ahtapotların müxtəlif su qatlarında daha rahat yaşamasına imkan yaradır və onların nə qədər mürəkkəb canlı olduqlarını bir daha sübut edir.

Xədicə Abbasova

Новостная лента

На данный момент новостей в ленте нет...