Günəş sistemindəki planetlər arasında Saturn öz halqaları və quruluşu ilə fərqlənir. Onun tərkibi əsasən hidrogen və helium qazlarından ibarətdir.
“Tehsil365” xəbər verir ki, Saturnun sıxlığı o qədər azdır ki, kifayət qədər böyük su hovuzuna yerləşdirilsəydi, planet üzərdi. Bu xüsusiyyət onu digər nəhəng planetlərdən fərqləndirir.
Alimlər bildirirlər ki, Saturnun aşağı sıxlığı onun daxili quruluşu ilə bağlıdır. Bu səbəbdən Saturn həm kütləsinə görə nəhəng, həm də yüngül planet kimi tanınır.