Kino tarixi boyu çəkilən filmlər arasında “Titanik” xüsusi yer tutur. Bu film həm süjeti, həm də çəkiliş miqyası ilə tamaşaçıların yaddaşında qalıb.
“Tehsil365” xəbər verir ki, “Titanik” filmi çəkiləndə gəminin maketi o qədər böyük idi ki, onu yerləşdirmək üçün xüsusi nəhəng hovuz tikilmişdi. Bu, çəkilişlərin reallığa daha yaxın görünməsinə imkan verib.
Mütəxəssislər bildirirlər ki, bu cür texniki hazırlıqlar filmin uğurunda mühüm rol oynayıb. Elə buna görə də “Titanik” kino tarixinin ən çox mükafat qazanan və yadda qalan filmlərindən biri hesab olunur.