Filərin yaddaşı inanılmazdır və onlar illərlə öncə gördükləri yerləri və tanış fil dostlarını xatırlaya bilirlər. Bu, onları heyvanlar aləmində yaddaş baxımından ən inkişaf etmiş növlərdən birinə çevirir.
"Tehsil365" xəbər verir ki, filər bir-birini uzun müddət görməsələr belə, əvvəlki əlaqələrini tanıyır və sosial bağlarını qoruyurlar. Həmçinin, stressli və təhlükəli vəziyyətləri də yadda saxlayaraq gələcəkdə onlardan necə qorunacağını bilirlər.
Bu xüsusiyyətləri ilə filər yalnız böyük bədənlərinə görə deyil, həm də yüksək intellekti və sosial davranışları ilə diqqət çəkir.