Tayvanda səhiyyə sektorunda işçi çatışmazlığını aradan qaldırmaq üçün Foxconn şirkəti Nvidia ilə birgə “Nurabot” adlı süni intellektli tibb bacısı robotunu təqdim edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Robot xəstəxanalarda dərman və nümunələrin daşınması, pasiyent və ziyarətçilərə istiqamət göstərilməsi, həmçinin gecə növbələrində tibb işçilərinə dəstək olmaq kimi vəzifələri icra edə bilir.
Hazırda layihə Taichung Veteranlar Ümumi Xəstəxanasında sınaqdan keçirilir. Foxconn-un hesablamalarına görə, Nurabot tibb bacılarının iş yükünü təxminən 30% azalda bilər. Bu texnologiya həm tibb işçilərinin yorğunluğunu azaltmaq, həm də xəstələrə göstərilən diqqəti artırmaq məqsədi daşıyır.
Mütəxəssislər isə qeyd edir ki, robotların səhiyyədə geniş tətbiqi ilə bağlı təhlükəsizlik, səhvsiz işləmə və pasiyentlərin qəbul etməsi məsələləri diqqətlə izlənilməlidir.