Təhsil 365 - Logo Mobile

Qara dəlik toqquşması təsdiqləndi

25112.09.2025 - 10:00
Qara dəlik toqquşması təsdiqləndi

2025-ci il yanvarın 14-də baş verən qara dəlik birləşməsi, bu tip hadisələrin indiyə qədərki ən ətraflı müşahidəsini təmin etdi və Albert Einstein ilə Stephen Haşking tərəfindən irəli sürülən nəzəriyyələrə güclü dəstək verdi.

“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.

Hadisə 1,3 milyard işıq ili uzaqlıqda baş verib, iki qara dəlikdən ibarət olub: biri təxminən 34, digəri isə 32 Günəş kütləsinə bərabərdir. Onlar birləşərək 63 Günəş kütləsinə malik, saniyədə təxminən 100 dövr edən yeni bir qara dəlik əmələ gətirdilər. Bu toqquşma nəticəsində yaranan qravitasiya dalğaları ABŞ-dakı LIGO detektorları tərəfindən qeydə alınıb və GW250114 siqnalı ilə tarixdə ən aydın qeyd olunan siqnal olub.

Müşahidələr Stephen Haşking-in 1971-ci il hipotezini təsdiqlədi: qara dəliyin hadisə üfüqünün səthi heç vaxt azalmır. Eyni zamanda, bu hadisə Einstein-in ümumi nisbilik nəzəriyyəsini də güclü şəkildə dəstəklədi.

Nigar Rəhimova

Новостная лента

На данный момент новостей в ленте нет...