Təhsil 365 - Logo Mobile

Nəsimi festivalının təşkilatçıları sırasına ICESCO da qoşulub

10412.09.2025 - 09:05
Nəsimi festivalının təşkilatçıları sırasına ICESCO da qoşulub

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı – ICESCO, Nəsimi Festivalının təşkilatçıları sırasına daxil olub. Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci ildən ənənəvi olaraq keçirilən “Nəsimi – şeir, mənəviyyat və incəsənət” festivalı bu il sentyabrın 23–25-də Bakı və Şamaxıda baş tutacaq.

Abșeron-Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, gələcəkdə festivalın ICESCO-nun baş qərargahının yerləşdiyi Mərakeşin Rabat şəhərində də təşkili nəzərdə tutulan məsələlərdən biridir.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...