Təhsil 365 - Logo Mobile

Xalq yazıçısı Elçin Əfəndiyevin məzarı ziyarət olunub

23512.09.2025 - 09:30
Xalq yazıçısı Elçin Əfəndiyevin məzarı ziyarət olunub

Sentyabrın 11-də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin Fəxri xiyabanda məzarı ziyarət edilib.

Abșeron-Xızı regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, millət vəkilləri, elmi və yaradıcı təşkilatların rəhbərləri, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...