Təhsil 365 - Logo Mobile

Mingəçevir Dövlət Universitetində kitabxana könüllüsü axtarılır

12312.09.2025 - 11:00
Mingəçevir Dövlət Universitetində kitabxana könüllüsü axtarılır

Mingəçevir Dövlət Universitetinin Kitabxana İnformasiya Mərkəzi kitabxana işində könüllü fəaliyyət göstərmək istəyən tələbə, magistrant və məzunları axtarır.

Mingəçevir Dövlət Universitetindən “Tehsil365”ə məlumat verilib ki, könüllülər kitabxanaya daxil olan ədəbiyyatın qəbul və uçotu, fondun düzülüşü və saxlanması, kataloq və kartotekaların hazırlanması, tədris ədəbiyyatının sistemləşdirilməsi və istifadəçilərə xidmət göstərilməsi proseslərində təcrübə qazanacaqlar. Eyni zamanda mütaliə mədəniyyətinin təbliğinə dəstək verəcəklər.

Könüllülük təcrübəsi iştirakçılara kitabxana işinin praktik tərəflərini öyrənmək, gələcək iş imkanlarına hazırlıq, komanda mühitində işləmə bacarıqları və ədəbiyyat sahəsində biliklər qazandıracaq.

Müraciət etmək istəyənlər [email protected] elektron ünvanına “Kitabxana könüllüsü” başlığı ilə CV və rezumenizi göndərə bilərlər.

Son müraciət tarixi: 19 sentyabr 2025-ci il.

Türkan Kərimli

Новостная лента

На данный момент новостей в ленте нет...